Somali səfiri: “Qarabağın işğaldan azad edilməsi tarixi andır”

“Bu gün Ağdama səfərimiz əla bir fürsət idi, çünki burada kədərli tarixdən yeni tarixə, yeni başlanğıca keçidin şahidi olduq. Azərbaycan hökumətini ərazilərinin işğaldan azad edilməsi münasibətilə təbrik edirəm”.
BAKU.WS xəbər verir ki, bunu “Report”a Somalinin Azərbaycandakı yeni təyin olunmuş səfiri Cama Abdullahi Mohammed deyib.
Diplomat Ağdama səfərin onda ikili təəssürat yaratdığını deyib:
“Bir tərəfdən məhv edilmiş və əhalisi qaçmağa məcbur qalmış şəhəri görürük. Buna görə bu şəhərin kədərli bir tarixə sahib olması təəssüratı yaranır. Ancaq sevindirici təəssürat odur ki, əhali bura qayıdır və onlar burada şəhərlərini yenidən quracaqlar”.
Səfir, həmçinin Ağdamdan və Qarabağdakı digər şəhərlərdən qaçmaq məcburiyyətində qalan insanların geri qayıtdıqlarına görə sevindiyini deyib.
“İnsanlar evlərinə qayıdır, evlərini bərpa edir və buna görə Azərbaycan xalqını və hökumətini təbrik edirik”, - diplomat deyib.
O, həmçinin Qarabağın işğaldan azad edilməsinin tarixi bir an olduğunu bildirib:
“Mən də bu tarixi məqamda Azərbaycanda səfir olduğum üçün çox qürur duyuram”.
Oxşar xəbərlər
İlham Əliyevin YAP-ın qurultayında çıxışı - TAM MƏTN - YENİLƏNİB/FOTO
Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev...
