SİZİN REKLAM BURADA!
055 213 76 73


“Ağdam şəhərində hər şey məhv edilib. Bu şəhərin böyük ağrısını hiss etmək, insanların burada əziyyət çəkdiyini görmək mümkündür. İndi yenidən başlamağın, yenidənqurma barədə düşünməyin vaxtıdır”.

BAKU.WS xəbər verir ki, bunu “Report”a İtaliyanın Azərbaycandakı yeni təyin olunmuş səfiri Klaudio Taffuri deyib.

K.Taffuri Qarabağın yenidən qurulması prosesində İtaliyanın da iştirak etməyə hazır olduğunu bildirib.

“Bir çox İtaliya şirkəti buna hazırdır və yenidənqurma işində iştirak etməyə ümidvardırlar”, - diplomat bildirib.

Xatırladaq ki, səfir bu gün digər xarici diplomatik korpusun nümayəndələri ilə birgə işğaldan azad edilmiş Ağdam şəhərinə səfər edib. Səfər çərçivəsində diplomatlar ermənilərin törətdikləri vəhşiliklərlə tanış olublar. Sonra qonaqlar Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlinin qoyulduğu əraziyə gəliblər.

BAKU.WS