Əli Əsədov Rusiyanın baş nazirini təbrik etdi

13
iyn
2021
12:19
Azərbaycan Respublikasının baş naziri Əli Əsədov Rusiya Federasiyasının hökumət başçısı Mixail Mişustinə dövlət bayramı münasibəti ilə təbrik məktubu göndərib.
“Report” xəbər verir ki, məktubda Azərbaycanla Rusiya arasında strateji partnyorluq və qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq qeyd edilir.
Məktubda həmçinin ikitərəfli münasibətlərin gündəliyində duran vəzifələrin hamısının uğurla həyata keçirilməsi üçün hökumət xətti ilə yaxın və konstruktiv işin davam etdirilməsinə hazırlıq ifadə olunur.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...
