Ceyhun Bayramov Yeni Zelandiyanın yeni səfirini qəbul edib

Xarici işlər naziri Ceyhun Bayramov Yeni Zelandiyanın ölkəmizə yeni təyin edilmiş qeyri-rezident səfiri Vendi Hintonu qəbul edib.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, nazir Ceyhun Bayramov Vendi Hintonu Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Nazir Azərbaycan və Yeni Zelandiya arasında ikitərəfli münasibətlərin inkişafı perspektivlərini qeyd edib və əlaqələrin genişləndirilməsi üçün bütün imkanlardan istifadə edilməsinin əhəmiyyətini vurğulayıb.
Nazir, həmçinin səfir Vendi Hintona münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası, azad olunmuş ərazilərdə vəziyyət, mina təhlükəsi və doğurduğu fəsadlar, həmçinin azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri haqqında məlumat verib.
Səfir Vendi Hinton ölkəsinin bir sıra istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, texnoloji tətbiqlər, su elektrik stansiyaları və digər sahələrində inkişaf etdiyini bildirib, bu və digər istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivlərini vurğulayıb.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayılda olublar - FOTO - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngila...