VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Bir neçə gün öncə, may ayının 13-də Lüksemburqda yerləşən Qarabağ Mədəniyyət Mərkəzinə (11A, Bld. Joseph II L-1840 Luxembourg) hücum edilib, qapı və pəncərələri sındırılıb, mərkəzə ciddi zərər vurulub”.

Diasporla İş üzrə Dövlət Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, ABŞ, Avstraliya və digər ölkələrdə də erməni diasporunun oxşar aciz və qorxaq hərəkətləri müşahidə edilməkdədir:

“Bu kimi hallar gərginliyin daha da artırılmaması səbəbindən çox vaxt ictimailəşdirilmir.

Azərbaycan diasporundan daxil olan məlumatları ümumiləşdirərək qeyd edirik ki, Lüksemburqda baş verən hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edilib və hazırda insidentlə bağlı araşdırma aparılır. Ümidvarıq ki, baş verənlərə hüquqi qiymət veriləcək”.

Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızı baş verən insidentlərə təmkinlə yanaşmağa, təxribatlara uymamağa, erməni diasporunu isə təxribatçı hərəkətlərdən əl çəkməyə, yaşadıqları ölkələrin qanunlarına hörmətlə yanaşmağa çağırıb.

BAKU.WS