İran və Rusiya sülhməramlılarının Qarabağda qanunsuz əməlləri: Qalmaqallı görüntülər yayıldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrin İran seqmentində bu ölkənin Ermənistan vasitəsilə Qarabağa “yardım”ların çatdırılmasını əks etdirən qalmaqallı görüntülər yayılıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı video “Azad İran” “Telegram” kanalında paylaşılıb.
Bu yüklərin Ermənistandan keçərək, Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə aparıldığı bildirilib. Məlumatda qeyd edilib ki, həmin yük avtomobillərində bezin, qaz, bitum, eləcə də qida, geyim məhsulları, tikinti malları qanunsuz daşınır.
Bundan başqa, bildirilir ki, həmin avtomobillərlə əraziyə külli miqdarda narkotik daşınır.
İran hansı haqla bu “yardım”ları Azərbaycan ərazisinə çatdırır, rusiyalı sülhməramlılar isə hansı haqla qaçaqmalçılığa göz yumur?
__NEWL__
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...