Medianın İnkişafı Agentliyinə mətbuat katibi təyin olunub
16
apr
2021
14:20
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində (MEDİA) yeni təyinat olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Səidə Şəfiyeva Medianın İnkişafı Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri (mətbuat katibi) təyin olunub.
Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin məzunu olan Səidə Şəfiyeva daha əvvəl “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İnformasiya proqramları baş studiyasında müxbir, aparıcı və baş redaktor vəzifələrində çalışıb.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...