XİN başçısı: “Ermənistan hərbçilərini Azərbaycanda yerləşdirmək cəhdlərindən əl çəkmir”

"Bu kimi hallara gələcəkdə də şərait yaratmamaq üçün erməni hərbi qüvvələri qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxarılmalıdır. Məlumatlar var ki, Ermənistan tərəfi öz hərbçilərini Azərbaycan ərazisində yerləşdirmək cəhdlərindən əl çəkmir".
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov İƏT Baş katibi Yusif bin Əhməd Əl-Osayminlə birgə keçirdiyi mətbuat konfransında deyib.
Ceyhun Bayramov əlavə edib ki, bununla bağlı faktlar var: "Üç həftə öncə Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası olmuşdu. Bu valideynlər öz övladlarının Ermənistan ərazisindən kənarda xidmətə aparılmasına etiraz edirdilər. Faktlar var ki, Ermənistan mülki geyimdə öz hərbçilərini Azərbaycan ərazisinə yerləşdirməyə cəhd etmişdi. Bununla bağlı görüntülər, faktlar BMT-yə, ATƏT-ə, Avropa İttifaqına təqdim olunub".
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...
