SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan hərbçiləri terrorla mübarizə və hava hücumu əməliyyatları üzrə Türkiyə Silahlı Qüvvələri tərəfindən təşkil olanan təlimlərdə iştirak edib.

Bu barədə qardaş ölkənin Müdafiə Nazirliyi özünün “Twitter” səhifəsində məlumat yayıb.

“Terrorla Mübarizə Təhsil və Təlim Mərkəzinin rəhbərliyilə qəhrəman Azərbaycan Ordusu mənsubu olan qardaşlarımıza “Terrorçuyla mübarizə və hava hücumu hərəkatı” üzrə təlimlər keçilib”, - deyə məlumatda bildirilib.

Nazirlik təlimlərdən maraqlı fotolar da paylaşıb.

BAKU.WS