SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının iştirakı ilə “Qış təlimi-2021” adlı təlimlərə hazırlıqlar davam edir.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi "Twitter" səhifəsində bununla bağlı video paylaşıb.

“Fevralın 1-dən 12-dək Qarsda keçirəcəyimiz “Qış təlimi-2021” Türkiyə-Azərbaycan birgə hərbi təliminə hazırlıqlar davam edir. Hərbçilərimiz ortaq manevr çərçivəsində minaatanlardan atışlar gerçəkləşdiriblər”, - nazirlikdən bildirilib.

Təlimlər Türkiyə-Azərbaycan birləşmiş taborlarının iştirakı ilə keçiriləcək.

BAKU.WS