Vətəndaşlar yenidən hərbi təlimlərə çağırılır? - RƏSMİ AÇIQLAMA

Vətəndaşlar yenidən hərbi təlimlərə çağırılır? - RƏSMİ AÇIQLAMA
Siyasət 6794

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) hərbi vəzifəlilərə zənglər edilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

BAKU.WS-in məlumatına görə, bu barədə SHXÇDX-dən APA-ya açıqlama verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 28.09.2020-ci il tarixli 2280 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasında Qismən səfərbərlik elan olunub:

“Prezidentin Sərəncamına əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələri və qanunvericiliyə uyğun olaraq yaradılmış digər silahlı birləşmələr Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən hərbi vəzifəlilərlə komplektləşdirilib.

Azərbaycan Respublikası Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Prezidentin 28.09.2020-ci il tarixli 2280 nömrəli Sərəncamıyla hərbi xidmətə çağırılmış hərbi qulluqçular 2020-ci il dekabr ayının 25-dən 2021-ci il aprel ayının 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilirlər.

Məlumat üçün bildiririk ki, hərbi vəzifəlilərin təlim və səfərbərlik üzrə çağırılması Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı olduqdan sonra mümkündür. Hazırda bununla bağlı Prezident tərəfindən Sərəncam olmadığı üçün hərbi vəzifəlilərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təlim və səfərbərlik üzrə çağırılması mümkün deyil”.

Oxşar xəbərlər

İlham Əliyev əfv sərəncamı imzaladı

İlham Əliyev əfv sərəncamı imzaladı

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...

24042 Sosial 16:55 06 aprel 2020

Son xəbərlər