Hər gün bol su içməyin inanılmaz FAYDALARI

Hər gün bol su içməyin inanılmaz FAYDALARI
Digər 9

Qəbizlik problemini dərmanlardan istifadə etmədən də aradan qaldırmaq mümkündür.

BAKU.WS xəbər verir ki, həkim Karmen Sançes Aleqriya bu problemin öhdəsindən gəlmək üçün məsləhətlərini "El Confidencial" nəşri ilə bölüşüb.

O, bunun üçün qidalanmada kiçik dəyişikliklər etməyi tövsiyə edib.

Həkim bildirib ki, qəbizliklə qidalanma arasında birbaşa əlaqə var. Gündəlik su qəbulunu bir qədər artırmaq, daha çox meyvə və tərəvəz yemək bağırsaqların fəaliyyətinin yaxşılaşmasına kömək edə bilər.

"Bir qədər çox su içsəniz və rasionunuza daha çox meyvə-tərəvəz əlavə etsəniz, problem aradan qalxa bilər", – Aleqriya qeyd edib.

Onun fikrincə, söhbət qısamüddətli pəhrizdən deyil, həyat tərzinin dəyişdirilməsindən gedir. Sağlam qidalanma yalnız qəbizlik yarandıqda tətbiq olunan müvəqqəti tədbir deyil, uzunmüddətli vərdişə çevrilməlidir.

Həkim həmçinin bu cür yanaşmanın insanın qəbizlik zamanı dərmanlara olan ehtiyacını azaltmağa kömək edə biləcəyini vurğulayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər