Azərbaycan və Almaniya dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığı gücləndirir
Azərbaycanın dəmir yolu nəqliyyatı sahəsində fəaliyyət göstərən mütəxəssisləri, eləcə də müvafiq dövlət qurumlarının nümayəndələri Almaniyaya işgüzar səfərə dəvət olunublar.
BAKU.WS report-a istinadən xəbər verir ki, səfər Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) dəstəyi ilə "Bavariya - Tərəfdaşlığa hazırdır" təşəbbüsü çərçivəsində təşkil olunub.
Səfərin 23-27 noyabr tarixlərində həyata keçirilməsi nəzərdə tutulub.
Nümayəndə heyətinin üzvləri dəmir yolu sektorunda qabaqcıl Almaniya texnologiyaları və innovativ həllərlə tanış olacaq, aparıcı müəssisə və obyektlərə baş çəkəcəklər.
Səfər proqramına B2B formatında işgüzar görüşlər daxildir. Bundan başqa, Azərbaycanın dəmir yolu infrastrukturunun modernləşdirilməsinə yönəlmiş konkret həllərin müzakirə edilməsi və Bavariyanın tədarükçü şirkətləri və müvafiq sahələr üzrə mütəxəssisləri ilə birbaşa işgüzar əlaqələrin qurulması nəzərdə tutulur.
Oxşar xəbərlər
Rusiyadan Ermənistana buğda və propan daşıyan yük qatarı Biləcəridən yola düşüb
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası və propan daşıyan 10 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri st...