Ermənistanın birləşmiş müxalifətinin lideri Vazgen Manukyan baş nazir Nikol Paşinyanla qarşıdurmaya görə ölkədə vətəndaş müharibəsi imkanını istisna edib.

BAKU.WS-in məlumatına görə, bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

"Ermənistanda vətəndaş müharibəsi ola bilməz. Nikol Paşinyanın tərəfdarları var, amma onlar xalqa qarşı çıxmayacaqlar", - Manukyan jurnalistlərə deyib. O, ölkə polisinin Paşinyanın istefasını tələb edən orduya dəstək verəcəyi ilə bağlı ümidini ifadə edib.

Müxalifətçi həmçinin hesab edir ki, prezident yenidən Silahlı Qüvvələrin baş qərargah rəisinin istefaya göndərməkdən imtina edəcək və bu məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət edəcək.

Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Silahlı Qüvvələrin baş qərargah rəisinin vəzifəsindən çıxarılması haqqında təklifi növbəti dəfə ölkə prezidenti Armen Sarqsyana göndərəcək.

BAKU.WS