“Azərbaycanla Türkiyə arasında mövcud olan münasibətlər bütün sahələrdə ən yüksək səviyyədə inkişaf edir və etməkdədir. Və dövlət başçılarımızın bilavasitə iştirakı ilə münasibətlər günbəgün inkişaf edir”.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi dövründə bütün sahələrdə Türkiyənin tam və birmənalı dəstəyinin şahidi olduq:

“Bu dəstək bizə əlavə güc və ruh yüksəkliyi verirdi. Hesab edirik ki, Azərbaycan-Türkiyə birliyi bu gün ən yüksək səviyyədədir. Biz böyük məmnunluq hissi ilə onu qeyd etmək istərdik ki, Üçtərəfli bəyanat əsasında imzalanan və regionda yeni təhlükəsizlik formatı müəyyən edilib”.

BAKU.WS