11 il sonra bir ilk

11 il sonra bir ilk
Siyasət 493

Boliviyada ordu və müxalifətin təzyiqlərindən sonra istefa vermçək məcburiyyətində qalan Evo Moralesin yerinə idarəetməyə gələn keçid hökuməti 11 illik fasilədən sonra ABŞ-a səfir təyin edib.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu vəzifəyə Boliviyanın BMT-dəki daimi nümayəndəsi Valter Serrate təyin edilib.

Onun vəzifəyə başlaması üçün təyinatı Senatorlar Məclisində təsdiqlənməlidir. Bu Məclisdə isə Evo Moralesin dəstəkçiləri daha çoxdur.

Qeyd edək ki, 2008-ci ildə ölkənin daxili işlərinə qarışdığı üçün Boliviya ABŞ səfirini geri göndərmiş, rəsmi Vaşinqton da eyni addımı atmışdı.

İki ölkə arasında münasibətlərin normallaşması üçün 2010-cu ildə müqavilə imzalansa da, lakin icra edilməyib.

Fərid ƏDALƏT

Son xəbərlər