SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Azərbaycan Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır”.

"Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu çərçivəsində "Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması” mövzusunda panel iclasında deyib.

"Münaqişənin həll edilməsinə yaxınlaşanda ermənilər təxribata əl atırlar. Bu proses 10-12 il bundan əvvəl, 2009-2014-cü illərdə olub. Bu ilin aprelin əvvəllərində ermənilər təxribata əl atdılar. Onlar həmsədr ölkələrin münaqişənin həllində maraqlı olmasını görüb bu yola əl atdılar. Cavablarını da aldılar. Bir neçə gün əvvəl də Serj Sarqsyan müsahibəsində bildirib ki, danışıqlardan imtina edir. Bununla o, öz xalqı üçün pis edir. Azərbaycan beynəlxalq birliyin köməyi ilə torpaqlarını işğaldan azad edəcək”.
 
BAKU.WS