Hakimiyyətdə olduğu illər ərzində Prezident İlham Əliyev Azərbaycanı dünyanın etibarlı tərəfdaşı, regionda və dünyada müstəqil xarici siyasət yürüdən bir aktor kimi tanıtdı, ölkəmizin beynəlxalq əlaqələrini gücləndirdi. Elə bunun məntiqi nəticəsi idi ki, 44 günlük Vətən müharibəsi dövründə də ölkə başçımız bütün siyasi təzyiqlərə və təhdidlərə də sinə gərməyi bacardı.

Prezident İlham Əliyev prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi, məqsədyönlü, ardıcıl siyasət apardı və bütün bunların nəticəsi olaraq tarixi qələbə qazanıldı. Azərbaycanın döyüş meydanında əldə etdiyi parlaq qələbə elə gözəl bir nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan, şəhid vermədən Azərbaycana qaytarıldı. İtki vermədən torpaqların geri qaytarılması dünya tarixində az rast gəlinən təcrübədir ki, bu, Prezident İlham Əliyevin praqmatik, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş möhtəşəm bir uğurdur.

Ali Baş Komandanımız İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması tam qələbəmizi təmin edən həlledici amillərdir.

O qələbə ki, şəhidlərimizin ruhunu şad etmişdir, o qələbə ki, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə - Azərbaycan xalqına qaytarmışdır. Baxmayaraq ki, hər bir müharibədə ordu üçün hücum etmək kimi, taktiki manevr edərək geri çəkilmək praktikası da mövcuddur, lakin Azərbaycan ilk günlərdən qələbə qazandı və bu 44 gün ərzində bir gün də olmamışdır ki, Ali Baş Komandanın rəhbərliyi altında olan ordumuz geri çəkilsin. Azərbaycanın XXI əsrin müharibəsini qələbə ilə başa vurması bu gün inkişaf etmiş ölkələri bizim təcrübəmizdən yararlanmağa vadar edir.

44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunun yüksək peşəkarlığı, orduda yüksək nizam-intizam, mobillik, müasir hərbi texnologiyalara malik olması və ondan məharətlə istifadə etməsi qələbəmizi şərtləndirən amillərdən oldu. Azərbaycan xalqının Ordusuna olan güvəni, Ali Baş Komandanın ətrafında sıx birləşməsi Vətən, doğma torpaqlar uğrunda vuruşan Azərbaycan hərbiçilərinin yüksək mənəvi-psixoloji durumuna da olduqca müsbət təsir etdi.

Bunun nəticəsi idi ki, yaralanmış və ağır vəziyyətdə olan hər bir əsgər və zabitimiz tezliklə sağalaraq döyüş bölgəsinə qayıtmağa can atırdı. Bu, əsgər və zabitlərimizin Vətən sevgisindən, eyni zamanda öz Ali Baş Komandanına olan sonsuz güvənindən və qələbəyə inamından qaynaqlanırdı.

44 günlük Vətən müharibəsi dönəmində Prezident İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəqiq və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan tarixi qələbə qazandı. Ölkə başçımızın prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etməsi, zəruri müdaxilələri və korrektələri diplomatik masada da bizi düzgün hədəflənmiş uğura doğru aparırdı. Ölkənin potensialı bütün platformalarda Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsinə yönəldildi. Cənab Prezident öz çıxışlarında hər zaman qeyd edirdi ki, məhz işğal siyasətinə görə Ermənistanı bütün regional layihələrdən təcrid edib.

Ölkə başçımız tərəfindən düşünülmüş bu siyasətin nəticəsidir ki, Ermənistan heç bir perspektivi olmayan dalan dövlətə çevrildi. Bu baxımdan da əminliklə deyə bilirik ki, Azərbaycanın qazandığı bu qələbə sadəcə 44 günlük müharibənin nəticəsi deyil. Belə ki, 17 illik fəaliyyəti dövründə Prezident İlham Əliyevin düşünülmüş şəkildə yürütdüyü siyasət nəticəsində münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı hüquqi baza yaradıldı, dünyada Azərbaycan haqqında obyektiv fikir formalaşdırıldı.

Hər birimizə yaxşı məlumdur ki, 44 günlük müharibə dövründə erməni təcavüzkarları insanlığa yad olan, heç bir norma və əxlaqa sığmayan vasitələrə əl atmış, xalqımıza qarşı növbəti vəhşiliklər törətmiş, cəbhə xəttindən, döyüşlər gedən ərazilərdən çox-çox uzaqlarda yerləşən şəhər və kəndləri, yaşayış obyektlərini, mülki əhalini qadağan olunmuş silahlarla, ballistik raketlərlə, toplarla atəşə tutmuş, 100-ə yaxın dinc sakin həlak olmuş, dörd yüzdən çox mülki vətəndaş yaralanmış, minlərlə binalar dağıdılmış, infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir. Füzuli, Cəbrayıl və Ağdam rayonlarına səfər edərkən ölkə başçısı özü ermənilərin nə qədər vandal, barbar hərəkətlərə yol verdikləri ilə bağlı fikirlər səsləndirdi.

Cənab Prezident göstərdiyi yerlərdə bircə sağlam ev, infrastruktur qalmamışdı. Lakin şübhəsiz, işğaldan azad edilən torpaqlarımız yenidən bərpa ediləcək, vətəndaşlarımız öz yurd-yuvalarına qaytarılacaqlar. 30 ilə yaxın müddətdə vəhşi düşmən işğal altında olan bütün torpaqlarımızda soyqırımı həyata keçirib. Evlər, infrastruktur dağıdılıb, tarixi, mədəni, dini abidələrə, təbiətə ciddi ziyan vurulub. Ermənilər son günlərdə Kəlbəcəri və Laçını tərk edərkən də evləri yandırır, meşələri məhv edirdilər. Bütün bunlar dünyanın gözü qarşısında baş verdi. Əlbəttə ki, ermənilər bu cinayətlərinə görə cavab verəcəklər.

Dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq və müvafiq beynəlxalq məhkəmələrə çıxarılacaq. Sözsüz ki, dövlət başçısının qeyd etdiyi kimi, bu vəhşiliklərin cavabı düşməndən soruşulacaq və onlar etdiklərinə, törətdikləri cinayətlərə görə cavab verməli olacaqlar. Ancaq dövlət başçısı bu günün reallıqlarından çıxış edərək daha vacib olan və vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşmasına kömək edə biləcək məsələləri gündəmə gətirir, müharibədən əziyyət çəkən insanların həyatının normallaşmasına çalışır. Əlbəttə ki, müharibə qansız-qadasız, dağıntısız ötüşmür, onun öz qanunları var.

Ancaq xalqımız 30 ildən çox idi ki, amansız, zalım, nə sülh, nə də müharibə qanunlarını saya salmayan, beynəlxalq normalara məhəl qoymayan vəhşi bir düşmənlə - erməni faşistləri ilə üz-üzə idi. Təcavüzkarlar sərsəm bəyanatlar səsləndirir, xalqımızın qüruruna toxunur, yeni tələblər irəli sürür və özlərini məğlubedilməz hesab edirdilər. Ən mötəbər beynəlxalq təşkilatların qərarlarını, qətnamələrini kağız parçası hesab edir, sülh təkliflərini qulaqardına vurur, heç kimi eşitmək istəmirdilər.

Ancaq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuz, igid əsgər və zabitlərimiz azğınlaşmış erməni təcavüzkarlarının, onların havadarlarının dərsini verdi, ordumuzun, xalqımızın birliyi və şücaəti bütün dünyaya nümayiş etdirildi. Bu, xalqımızın tarixi, heç vaxt unudulmayacaq qələbəsidir. Bu haqq-ədalətin zəfəridir. Bu, Prezidentlə xalqın, ordunun birliyinin təntənəsidir. Azərbaycan xalqı bu zəfərlə, qələbə ilə fəxr edir.

Qələbəmiz bir daha Azərbaycanın dəmir yumruğunun qarşısında heç bir gücün, silahın, sursatın dayana bilməyəcəyini göstərdi. Prezident İlham Əliyevin dediyi kimi, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi və bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını şərəflə yerinə yetirdi. Göründüyü kim, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, həm də regionda tamamilə yeni bir reallıq yaratdı.

44 günlük Vətən Müharibəsinin gedişatında reallıqlar hər gün daha da aydın şəkildə gün işığına çıxırdı. Nəticədə isə sübut olundu ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu və hər detalı ən incə məqamına qədər hesablayan və diqqətə alan uzaqgörən diplomatiyamız hər hansı bir zəif düşmən üzərində deyil, güclü təşkilatlanmış bir düşmən, eyni zamanda onu himayə edən qərəzli, məkirli qüvvələr üzərində qələbə çaldı. Müharibə bir neçə istiqamətdə qızğın xarakter alır, Azərbaycan isə bütün istiqamətlərdə Ermənistanı və onu himayə edən qüvvələri hər keçən gün bir az daha artıq məhv edirdi.

Əvvəlcə hərbi sahədə əldə etdiyimiz uğurları dəyərləndirərkən bir neçə məqamları vurğulamaq lazımdır. Əvvəla hər rayonun, kəndin azad edilməsi ilə bölgədə aşkarlanan nəhəng hərbi istehkamlar, məhv edilmiş və ya götürülmüş hərbi texnika, silah-sursat açıq şəkildə nümayiş etdirir ki, Azərbaycan Ordusunun qarşısında illər ərzində yüksək dərəcədə təşkilatlanmış güclü düşmən olub. Belə ki, mənfur düşmən qarşı tərəfin maksimum itki verməsi məqsədilə işğal etdiyi ərazilərdə müasir texnologiyalara uyğun müdafiə sədləri qurub, istehkamlar tikib və bunun üçün böyük məbləğdə vəsait sərf edib.

Eyni zamanda, Ermənistan pulsuz əldə edilən hərbi texnika və sursatlar hesabına texniki baxımdan yüksək dərəcədə təminatlı orduya malik olmaqla yanaşı, Ermənistan ordusunun zabitləri Fransada, Rusiyada, Livanda və başqa ölkələrdə təhsil alıblar, xidmət ediblər və müasir hərbi texnologiyaları, yenilikləri öyrəniblər. 30 il ərzində Ermənistan hərbçiləri həmin ərazilərə dərindən bələd olublar. Qarabağı azad edən Azərbaycan Ordusunun bir çox gənc zabit, gizir və əsgərləri isə ilk dəfə idi ki, həmin coğrafiyada vuruşurdular.

Buna baxmayaraq, gənc zabit və əsgərlərimiz o dərəcədə əzmli və güclü, onların ürəklərində olan Vətən sevgisi isə o dərəcədə alovlu idi ki, bunun qarşısında heç bir silah-sursat tab gətirə bilmirdi. Bu baxımdan da Şuşanın azad edilməsi istiqamətində gedən əlbəyaxa döyüşlərdə hər bir erməni əsgər və zabiti fiziki cəhətdən elə məhv edilmişdi ki, sanki bu yolla mərd oğullarımız mənfur düşməndən Xocalı soyqırımının qisasını alırdı.

Səngərdə əldə etdiyimiz uğurlar eynilə diplomatik masada da davam edirdi. 44 günlük Vətən müharibəsi dönəmində ölkə başçımızın prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etməsi, zəruri müdaxilələri və korrektələri diplomatik masada da bizi düzgün hədəflənmiş uğura doğru aparırdı. Ölkə başçımız tərəfindən düşünülmüş siyasətin nəticəsidir ki, illər ərzində Ermənistan heç bir perspektivi olmayan dalan dövlətə çevrildi. Bu baxımdan da əminliklə deyə bilirik ki, Azərbaycanın qazandığı bu qələbə sadəcə 44 günlük müharibənin nəticəsi deyil.

Belə ki, 17 illik fəaliyyəti dövründə Prezident İlham Əliyevin düşünülmüş şəkildə yürütdüyü siyasət nəticəsində münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı hüquqi baza yaradıldı, dünyada Azərbaycan haqqında obyektiv fikir formalaşdırıldı. Əgər vaxtilə bəzi beynəlxalq təşkilatlar işğalçını öz adı ilə çağırmaq istəmir, işğalla bağlı qəbul edilmiş sənədlərdə işğalçının kim olduğunu göstərmək istəmirdilərsə, bu gün bütün dünya Azərbaycan dövlətinin qalib dövlət, xalqımızın isə qürurlu, məğrur, yenilməz xalq olduğu reallığını görür və qəbul edir. Ölkənin potensialı bütün platformalarda Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsinə yönəldildi.

Belə ki, bu müddət ərzində döyüşlər sadəcə səngərdə və diplomatik masada deyil, informasiya məkanında da qızğın xarakter aldı. Ermənistanın əvvəlki dövrdə olduğu kimi, istər erməni lobbisinin, istərsə də xarici havadarlarının dəstəyi və köməyi ilə münaqişə haqqında dünyada informasiya vakuumu yaratmaq, öz yalan, ikiüzlü, riyakar siyasətini beynəlxalq ictimaiyyətə sırımaq üçün uğursuz cəhdlər göstərməsinə baxmayaraq informasiya məkanında da ən Ali vəzifəni öz üzərinə götürən və sanki informasiya məkanının da Ali Baş Komandanı funksiyasını məharətlə icra edən cənab Prezident 26 xarici mediaya müsahibələr verdi, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, səbəbləri, habelə Azərbaycanın mövqeyini əsaslandıran hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı, Azərbaycanın haqlı mövqeyini tutarlı faktlarla əsaslandırdı və sual doğuran məsələlərə aydınlıq gətirərək reallıqları dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bütün cinahlarda gedən döyüşlərə şəxsən rəhbərlik edən Cənab Prezident İlham Əliyev Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edərək tarixi qələbəyə imza atdı.

Qələbəmiz isə təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə həm də regionda tamamilə yeni bir reallıq yaratdı. Fransanın, qərəzli mövqe nümayiş etdirən dairələrin mövcud münaqişədən istifadə edərək Cənubi Qafqazda siyasi oyunlar qurmaqla öz maraqlarını təmin etmək istiqamətində qurduğu planları Prezident İlham Əliyev kökündən məhv etdi.

Biz qəhrəman əsgər və zabitlərimiz hesabına qələbə qazanmışıq”, – deyən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, eləcə də hər bir əsgər və zabitin 44 günlük Vətən müharibəsi dövründə ən ümdə arzusu 30 ildir həsrətində olduğumuz torpaqlara üçrəngli bayrağımızı sancmaq oldu. Mənfur düşmən qarşı tərəfin maksimum itki verməsi məqsədilə işğal etdiyi ərazilərdə müasir texnologiyalara uyğun müdafiə sədləri qurub, istehkamlar tikib.

Azad olunan Ağdam, Füzuli rayonlarında istehkamların vizual müşahidəsi bu sistemin yaradılmasına uzun illər və böyük məbləğdə vəsait sərf edildiyini aydın göstərir. Azərbaycan Ordusunun peşəkarlığı, düzgün strategiya və taktikanın tətbiq edilməsi hesabına Azərbaycan öz itkilərini tam minimallaşdıra bildi və ən mürəkkəb şəraitdə uğurlu əməliyyat apararaq müharibədən minimum itkilərlə çıxmağın da nümunəsini ortaya qoydu.

Ermənistan hökuməti növbəti dəfə öz ictimaiyyətini aldadaraq müharibədə 2-3 min əsgər və zabitinin həlak olduğunu iddia etsə də, kadrların təhlili zamanı Ermənistanın itkilərinin ən azı 10 min nəfər civarında olduğu aydındır. Digər tərəfdən, Ermənistan hökuməti yalnız Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində xidmət edən Ermənistan vətəndaşı olan hərbçiləri nəzərə alır. Lakin Dağlıq Qarabağ erməniləri və xaricdən gələn çoxsaylı muzdlular məsələsinə toxunulmur, onlar hesablanmır.

Ermənistan pulsuz əldə edilən hərbi texnika və sursatlar hesabına texniki baxımdan yüksək dərəcədə təminatlı orduya malik olmaqla yanaşı, Ermənistan ordusunun zabitləri Fransada, Rusiyada, Livanda və başqa ölkələrdə təhsil alıblar, xidmət ediblər və müasir hərbi texnologiyaları, yenilikləri öyrəniblər. 30 il ərzində Ermənistan hərbçiləri həmin ərazilərə dərindən bələd olublar. Qarabağı azad edən Azərbaycan Ordusunun bir çox gənc zabit, gizir və əsgərləri isə ilk dəfə idi ki, həmin coğrafiyada vuruşurdular.

Bu gün dünya Ermənistanı məğlub edilmiş, Azərbaycanı isə zəfər çalmış ölkə kimi tanıyır. Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil. Sentyabrın 27-si İkinci Qarabağ müharibəsi başlayandan bəri ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi Fransa neytral mövqe nümayiş etdirmək əvəzinə, beynəlxalq hüquq normalarını kobud şəkildə pozur, işğalçı Ermənistanın maraqlarından çıxış edir və Azərbaycana qarşı əsassız ittihamlar irəli sürür. Bu isə onun həmsədr ölkə kimi, qeyri-obyektiv və tərəfli vasitəçilik missiyasından xəbər verir. Əslində, bu cür mövqe sərgiləməklə Fransa bölgədə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində yox, əksinə, münaqişənin yenidən alovlandırılmasında, birbaşa işğalçılığa və separatizmə dəstək verməkdə maraqlı olduğunu ortaya qoyur.

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə həm də regionda tamamilə yeni bir reallıq yaratdı. Fransanın, qərəzli mövqe nümayiş etdirən dairələrin mövcud münaqişədən istifadə edərək Cənubi Qafqazda siyasi oyunlar qurmaqla öz maraqlarını təmin etmək istiqamətində qurduğu planları Prezident İlham Əliyev kökündən məhv etdi. Bu baxımdan da yaranmış yeni reallıqlar fonunda Fransa və digər dairələr də mövcud vəziyyətlə barışmalı, Cənubi Qafqazın inteqrasiyasına və xalqların ümumi rifahına töhfə verməyə yönələn addımlar atmalıdır.

44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla, Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı azad etmək uğrunda dünyanın hərb tarixində dərs ola biləcək bir rəşadət ortaya qoydu. Heç bir qan tökülmədən, şəhid vermədən, bir əsgər belə yaralanmadan düşməndən torpaq alınması dünya tarixində də az rast gəlinən təcrübədir ki, bu, Prezident İlham Əliyevin praqmatik, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş möhtəşəm bir uğurdur.

Sözünün imzası qədər dəyəri olan Prezident İlham Əliyev hər zaman hərbçilərlə bir yerdə olacağını dəfələrlə bildirib. Birinci Qarabağ müharibəsinin təcrübəsi göstərir ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur, onların adları əbədiləşdirilir, ailələrinə bütün lazımi yardımlar göstərilir, şəhid ailələrinin maddi təminat, mənzil-məişət problemlərinin həlli ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilir. Şəhid ailələrinə, analarına, hərbçilərə münasibətdə yüksək humanizm sərgiləyərək onlara olduqca həssas yanaşan Mehriban Əliyevanın fəaliyyətində Birinci Qarabağ müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbçilər hər zaman xüsusi yer tutub.

Məhz Mehriban Əliyevanın şəxsi təşəbbüsü və nəzarəti altında ölkəmizə onlar üçün müasir protezlər gətirilir. Bundan sonra da bu iş davam etdiriləcək. Düşünürəm ki, bu addımlar həm ölkə başçımızın, həm də Mehriban Əliyevanın öz fəaliyyətlərində humanizm prinsiplərini hər zaman prioritet tutmalarının növbəti bariz nümunəsidir.

Vaxtilə xalqın tələbi ilə hakimiyyətə gələn, dövlətçiliyin əldən getməsinin qarşısını alan ulu öndər Heydər Əliyevin varisi İlham Əliyev bu gün Şuşanı, Kəlbəcəri, Qarabağı qaytardı və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, bizi dünyaya qürurlu xalq olaraq tanıtdı. 1990-cı illərin əvvəllərində Azərbaycanın yetərli dərəcədə gücünün olmaması nəticəsində ölkəmiz işğala məruz qalıb. Bütün bu uğursuzluqlara baxmayaraq, 17 illik fəaliyyəti dövründə Prezident İlham Əliyevin düşünülmüş şəkildə yürütdüyü siyasətlə münaqişənin həlli üçün hüquqi baza yaradıldı, daha böyük güc toplanaraq torpaqlarımız azad edildi.

Baxmayaraq ki, hətta bəzi beynəlxalq təşkilatlar işğalçını öz adı ilə çağırmaq istəmir, işğalla bağlı qəbul edilmiş sənədlərdə işğalçının kim olduğunu göstərmək istəmirdilər, dövlətimizin başçısı düşünülmüş diplomatik addımları ilə bütün dünyada Azərbaycana qarşı obyektiv rəy formalaşdırmağa, bütün beynəlxalq təşkilatlarda ədaləti, beynəlxalq hüququ tanıyan, əks etdirən qərar və qətnamələr qəbul etdirməyə müvəffəq oldu. Eyni zamanda, Azərbaycan informasiya müharibəsində də qələbə qazandı, Xocalı soyqırımı haqqında dünyaya müfəssəl məlumat verməyə müvəffəq oldu.

Belə ki, “Xocalıya ədalət!” kampaniyası, 10-dan çox ölkə tərəfindən Xocalı soyqırımının tanınması, demək olar ki, münaqişə ilə bağlı həqiqəti əks etdirən mənzərəni formalaşdırdı və dünya ictimaiyyətinə çatdırdı. 17 illik fəaliyyəti dövründə Prezident İlham Əliyev iqtisadi və hərbi sahələrə güclü təkan verərək Azərbaycanı öz sözünü deyə bilən bir ölkəyə çevirdi və beləliklə də iqtisadi müstəqilliyimizi təmin edərək ölkəmizi heç kimdən asılı olmayan ölkə edib:

Elə bu gücün məntiqi izahıdır ki, 44 günlük müharibə ərzində də, ondan sonra da Prezident bütün siyasi təzyiqlərə sinə gərə bildi. Azərbaycanın XXI əsrin müharibəsini qələbə ilə başa vurması bu gün inkişaf etmiş ölkələri bizim təcrübəmizdən yararlanmağa vadar edir. Bu gün müzəffər Ali Baş Komandan Xocalı qətliamını törətmiş cəllad Köçəryanın, Sarkisyanın kürəyini yerə vurdu, şəhidlərimizin qanını yerdə qoymadı. Azərbaycanda güclü xalq-iqtidar birliyi və birliyin başında Ulu Öndərin möhkəm siyasi təməllərini əsas tutan Prezident İlham Əliyevin şəxsi liderlik qabiliyyəti və düzgün müəyyənləşdirilmiş siyasi xətti var.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk günlərdən etibarən dövlət, ordu quruculuğu, iqtisadiyyatın dirçəldilməsi, region və dünya dövlətləri ilə münasibətlərin demək olar ki, sıfırdan qurulması, beynəlxalq təşkilatlarla əməkdaşlığa başlanılması dövlətin qarşısında duran təməl prinspilər olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi altında 17 ildə bu məsələlər daha da genişləndirilmiş, həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycanın beynəlxalq aləmdəki reytinqini getdikcə artırmışdır.

Elə bunun məntiqi izahıdır ki, daha əvvəlki illərdə dünya Azərbaycanı məğlub ölkə kimi tanıyırdısa, bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan qalib və qürurlu xalq kimi tanınır. Dünya mətbuatı və xalqları Azərbaycanı 21-ci əsrin müharibəsini qələbə ilə yekunlaşdıran xalq kimi tanıyır. Bütün bunlar ölkəmizin mövqeyini daha da möhkəmləndirir, reytinqini yüksəldir.

Politoloq Şəbnəm Həsənova

BAKU.WS