SİZİN REKLAM BURADA!
055 213 76 73


NATO Gürcüstana praktiki və siyasi dəstəyini daha da gücləndirəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə alyansın Baş katibi Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, NATO-ya üzv ölkələrin xarici işlər nazirləri Gürcüstan üçün yenilənən substantiv paketin qəbulu ilə bağlı razılığa gəliblər.

Baş katib qeyd edib ki, XİN başçılarının bugünkü görüşündə NATO-ya üzv ölkələr Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəklərini təsdiqləyiblər.

BAKU.WS