SİZİN REKLAM BURADA!
055 213 76 73


“Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin işi ilə bağlı ruslarla əməkdaşlığımız planlaşdırılmış qaydada davam edir”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu bu gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında qəbul edilən atəşkəs razılaşmasından sonra noyabrın 11-də Türkiyə və Rusiya müdafiə nazirləri arasında qəbul edilən memorandum çərçivəsində Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Mərkəz yaradılıb.

BAKU.WS