Erməni terroru nəticəsində Gəncədə dağılan evlərin siyahıya alınmasına başlanıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Erməni terroru nəticəsində Gəncə şəhərinə dəyən ziyanın ilkin hesablanmasına başlanılıb. Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, artıq monitorinq qrupu yerində araşdırma aparır.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, ilkin olaraq 2 minə yaxın yaşayış evi dağılıb.
Rəsmi rəqəmlər aparılacaq araşdırmalardan sonra tam bəlli olacaq.
İndiki halda işçi qrupu dağılan evlərin fotolarını çəkir, dəyən ziyanın miqdarını müəyyən etməyə çalışır.
Proses birbaşa ev sahibinin iştirakı ilə həyata keçirilir.
İşçi qrupu tək dağılan evlərin monitorinqini aparmayacaq. Paralel olaraq dövlət əmlakları, qeyri-yaşayış obyektləri, sıradan çıxan nəqliyyat vasitələri də siyahıya daxil ediləcək.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - YENİLƏNİB - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. Oktyabrın...