SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Erməni tərəfi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə yüksək səviyyədə görüşün mümkünlüyü və vaxtını ATƏT-in Minsk qrupunun həmsədrləri ilə müzakirə etməyib. Virtualaz.org xəbər verir ki, bunu "RİA Novosti" agentliyinə Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan deyib.

"Hazırkı mərhələdə danışıqlar prosesinin tərəfləri və Minsk qrupunun həmsədrləri yüksək səviyyədə görüşlərin mümkünlüyünü və vaxtını müzakirə etmirlər", - Akopyan belə deyib.

Maraqlıdır ki, Ermənistan prezidentinin mətbuat katibi Rusiya prezidenti Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə görüşün təşkil edilməsi təşəbbüsü ilə bağlı məlumatı təkzib etmir.

Xatırladaq ki, 2014-cü ildə Azərbaycan və Ermənistan prezidentlərinin Soçi şəhərində baş tutmuş görüşü də Rusiya prezidentinin təşəbbüsü ilə təşkil edilmişdi. Vladimir Akopyanın bəyanatından məlum olur ki, münaqişənin tənzimlənməsi üzrə danışıqların yeni mərhələsi də ATƏT MQ-nin himayəsində keçirilməyəcək.
 
BAKU.WS