Prezidentin köməkçisindən hərbi məlumat yayanlara XƏBƏRDARLIQ

"Müxtəlif VPN-lər vasitəsilə sosial şəbəkələrdən istifadə edən vətəndaşlarımızı bir daha ayıq-sayıq olmağa dəvət edirik. Rəsmi mənbələrə istinad etmədən, öncə hansısa əsaslandırılmamış xəbəri verim kimi açıqlamalar verməkdən və fikirlər söyləməkdən maksimum çəkinməyə çağırırıq”.
BAKU.WS xəbər verir ki, bu fikri brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, hər hansı yoxlanılmamış, əsgərlərin döyüş tapşırığı, yerləşdikləri yerlərlə bağlı hər hansı informasiyanın verilməsi hərbçilərimizin həyatı bahasına başa gələ bilər:
"Hər birimizi səbirli, təmkinli olmağa çağırır və vətəndaşlara rəsmi mənbələrə istinad etməyi tövsiyyə edirik”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...
