Mehriban Əliyeva Türkiyə xalqına başsağlığı verib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Türkiyənin İzmir şəhərində baş verən zəlzələ ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, paylaşımda aşağıdakılar qeyd edilib:
"Türkiyənin Egey bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını diləyirəm. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Bizim qardaşlığımız əbədi və sarsılmazdır! Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!"
Oxşar xəbərlər
Mehriban Əliyevanın AGF prezidenti kimi 17 illik fəaliyyəti dünya idmanı üçün nümunədir - VİDEO
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfəri zamanı idman məsələlərini də diqqət mərkəzində saxladı. BAKU.WS "Repo...
