Biz onları iti qovan kimi qovuruq - Azərbaycan Prezidentinin köməkçisi

Azərbaycan erməni təxribatlarına qarşı cavab tədbirləri görmək hüququnu özündə saxlayır, amma biz mülki əhaliyə qarşı savaş aparmırıq.
BAKU.WS Trend-ə istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycan ancaq hərbi hədəflərə qarşı döyüşür:
“Ermənistanla Azərbaycan arasındakı fərq bundan ibarətdir. Torpaqlarımız işğaldan azad ediləcək. Düşmən döyüş meydanından şərəfsizcəsinə qaçır. Azərbaycan Ordusu düşmənin cavabını verir və onları iti qovan kimi qovuruq. Xocalı soyqırımını törədənlərin də çoxunun döyüş meydanında cavabı verilib”.
Oxşar xəbərlər
İlham Əliyev Azərbaycan xalqına müraciət edib - VİDEO - YENİLƏNİB
Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin müraciəti- Əziz...
