Hikmət Hacıyev: BQXK-nin könüllüsü Bərdədə humanitar dəstək verərkən öldürülüb

Hikmət Hacıyev: BQXK-nin könüllüsü Bərdədə humanitar dəstək verərkən öldürülüb
Siyasət 510

Beynəlxalq Qızıl Xaç Komitəsinin könüllüsü Ermənistanın şəhəri kaset raketləri ilə atəşə tutması nəticəsində Azərbaycanın Bərdə şəhərində humanitar dəstək verərkən öldürülüb.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də etdiyi paylaşımda bildirib:

“Humanitarlar hədəf deyil. Ata və yerli komanda üzvü, Beynəlxalq Qızıl Xaç Komitəsinin könüllüsü Ermənistanın şəhəri kaset raketləri ilə atəşə tutması nəticəsində Azərbaycanın Bərdə şəhərində humanitar dəstək verərkən öldürülüb”.

Son xəbərlər