13 yaşlı Rusiya vətəndaşının öldürülməsi erməni faşizminin növbəti təzahürüdür - Deputat

13 yaşlı Rusiya vətəndaşının öldürülməsi erməni faşizminin növbəti təzahürüdür - Deputat
Siyasət 387

Ermənistan hakimiyyəti öz faşizm siyasətini davam etdirir. Döyüş meydanında məğlub olan düşmən dinc əhalini hədəf alır.

BAKU.WS xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Jalə Əhmədova deyib.

Deputat bildirib ki, gənc insanları Azərbaycana qarşı haqsız müharibəyə göndərərək bilərəkdən məhv edən Ermənistan hakimiyyəti indi də Azərbaycan gəncliyinə zərər vurmaq istəyir:

“Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində xəsarət almış və ötən gün vəfat etmiş 2007-ci il təvəllüdlü Rusiya vətəndaşı Mayakov Artur Vladimiroviç erməni faşizminin növbəti qurbanıdır.

Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Azərbaycan Ordusunun şücaəti sayəsində düşmənə layiqli cavab verilir, torpaqlarımız işğaldan azad edilir. Ərazi bütövlüyümüz ən qısa zamanda bərpa ediləcək!”.

Oxşar xəbərlər

İlham Əliyev əfv sərəncamı imzaladı

İlham Əliyev əfv sərəncamı imzaladı

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...

24047 Sosial 16:55 06 aprel 2020

Son xəbərlər