SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Ordusu istənilən hücum əməliyyatını uğurla başa çatdırmağa qadirdir. Bunun üçün Azərbaycan əsgərinin mənəvi haqqı, vətənpərvərlik ruhu və ölkə istehsalı olan yetərincə silah-sursatı var. 

BAKU.WS xəbər verir ki, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal olunan müasir silahlar xarici analoqları ilə də rəqabət aparır. 

Bu müasir silahlar düşmənlə uğurlu və taktiki mübarizə aparmaq üçün ordumuza zəmanət verir. 

Ölkə istehsalı olan və hərbçilərimizin ixtiyarına verilən bəzi silahları təqdim edirik:

EM-14 - Azərbaycan istehsalı ilk NATO kalibrli avtomat. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin mühəndisləri tərəfindən hazırlanmış EM-14 indeksli avtomat Abu Dabidə keçirilən İDEX-2015 sərgisində nümayişə çıxarılıb.

HP-7.62 - Azərbaycan istehsalı yüngül pulemyotdur. Azərbaycan mühəndisləri tərəfindən yaradılan 7.62×54 mm çaplı HP-7.62 hücum pulemyotunun ilk nümunəsi 2012-ci ilin sonlarında ictimaiyyətə təqdim olunub.

RPG-7V2 “Qaya” – Azərbaycan istehsalı olan qumbaraatan. Azərbaycan Ordusunda silahlanmaya qəbul edilmiş RPG-7V2 “Qaya” tipli əl qumbaraatanı bir sıra göstəricilərinə görə Rusiya, Ukrayna və Rumıniyada istehsal edilmiş eyni tipli qumbaraatanları geridə buraxır.

"Şimşək” iri kalibrli snayper pulemyotu - Müdafiə Sənayesi Nazirliyinin istehsalıdır. Silah ən dəqiq və sürətli pulemyotlardan biridir. Tanklarda və zirehli texnikalarda, əsasən BTR-lərdə quraşdırılmaq üçün təyin edilib, “Şimşək” gündüz və gecə görüntülü kamera ilə təchiz olunub.

Orxan Hüseyn
BAKU.WS
VİDEO