"Türkiyə kimi tərəfdaşla işləmək nəinki xoşdur, həm də etibarlıdır" - Putin

Rusiya prezidenti Vladimir Putin Cənubi Qafqazda baş verən proseslərdən, o cümlədən Türkiyə ilə münasibətlərdən danışıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb:
"Türkiyə kimi tərəfdaşla işləmək nəinki xoşdur, həm də etibarlıdır. Digər sahələrdə olduğu kimi hərbi texniki sahədə də belədir: Türkiyə onların müasir hava hücumundan müdafiə sisteminə ehtiyacı olduğuna qərar verdi. Dedi və aldı", - V.Putin qeyd edib.Rusiya prezidenti həmçinin Türkiyənin Krım məsələsinə münasibəti barədə bunları söyləyib:"O ki qaldı Türkiyənin Krımı Rusiyanın hissəsi olaraq tanımamasına. Nə olsun, bizdə heç də hər şey üst-üstə düşmür, məsələn, Cənubi Qafqaz məsələsində. Fikir ayrılığı mövcuddur. Ancaq biz Avropa və ABŞ-ın da mövqelərini bilirik. Ərdoğanı barmaqla göstərməyə gərək yoxdur, baxın görün başqa ölkələrdə nə edirlər".
Oxşar xəbərlər
İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib - TAM MƏTN - YENİLƏNİB
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib. BAKU.WS AZƏRTAC-a istina...
