27 il əsirlikdə qaldıqdan sonra xilas edildiyi deyilən şəxslə bağlı RƏSMİ AÇIQLAMA

1992-ci ildə əsir götürülmüş Azərbaycan hərbçisinin tapılması barədə məlumatlar həqiqətəuyğun deyil.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, sosial şəbəkələrdə Azərbaycan Ordusu tərəfindən Füzuli şəhərinin işğaldan azad edilməsi zamanı 1992-ci ildə əsir götürülmüş Azərbaycan hərbçisinin şəhər binalarından birinin zirzəmisində zəncirlə bağlanmış vəziyyətdə tapılması barədə yayılmış məlumatlar həqiqətəuyğun deyil.
Dövlət Komissiyası vətəndaşlardan bu cür həssas məsələlərlə bağlı diqqətli olmağı, yalnız aidiyyəti dövlət qurumlarının rəsmi məlumatlarına istinad olunmasını və dəqiqləşdirilməmiş informasiyanı yaymamağı xahiş edir.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...
