Mövlud Çavuşoğlu Dağlıq Qarabağ məsələsindəki ikili standartlardan danışıb - VİDEO

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu isveçli həmkarı Ann Linde ilə Ankarada baş tutan görüşdən sonra birgə mətbuat konfransında çıxış edib.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, Çavuşoğlu çıxışı zamanı dünya ictimaiyyətinin Dağlıq Qarabağ məsələsində ikili standartlardan çıxış etməsini vurğulayıb:
"Atəşkəs çağırışlarından əlavə, Ermənistana da "Azərbaycan ərazilərindən çəkil" çağırışı olarsa, BMT Təhlükəsizlik Şurası və ATƏT-in qərarları xatırladılaraq çağırışlar edilərsə, o zaman beynəlxalq ictimaiyyətin bu problemi həll etmə arzusunu görə bilərik.
Ancaq bu çağırış, təəssüf ki, edilmir. Ukrayna və Gürcüstandakı vəziyyəti dəyərləndirərkən ATƏT daxil olmaqla hamımız deyirik ki, Rusiya və ya oradakı ünsürlər oradan çəkilməlidir, ora Gürcüstan və Ukrayna əraziləridir. Amma Qarabağ məsələsində eyni çağırışı etmirik".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...
