SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistan hakimiyyəti Gəncə hadisələri ilə öz çirkin xislətini bir daha gözlər önünə sərdi. Öldürülən günahsız insanlar, ata və anasını bir gecədə itirən uşaqlar.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə zamanı Anar Əlizadə və onun həyat yoldaşı Nurçin Əlizadə ölüb. Anar ölümündən bir neçə gün qabaq atası Adil Əliyevlə birlikdə olub. Gəncəyə atılan ilk raket mərmisindən sonra Gəncəyə dönür.

"Anar ölümündən bir neçə gün qabaq bizə qonaq gəlmişdi. Eşitdik ki, Gəncəyə raket atıblar. İlk dəfə atılan raketi nəzərdə tuturam. Dedim, getmə. Yoldaşını da, uşaqlarını da gətir, getmə Gəncəyə. Son sözü "ölsəm də evimdə öləcəm oldu" - Adil Əliyev bildirib.

Azərbaycan üçün Əliyevlər ailəsinin iki azyaşlı övladı qaldı. 16 yaşlı Sevil və 8 yaşlı Hüseyn. Sevil hadisələri öz gözləri ilə görüb.

Şəhid olan Adil və Nurçin kiçik övladları Hüseyni general görmək istəyirdilər. Onlar bu arzu ilə yaşadı. İndi bu ailədə Azərbaycanın gələcək generalı böyüyür.

BAKU.WS
QALEREYA