10 gün sonra dağıntılar altından xilas edilən qadının sualına heç kim cavab verə bilmədi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Kahramanmaraş şəhərində baş verən şiddətli zəlzələdən 10 gün sonra daha bir möcüzə reallaşıb.
BAKU.WS İHA-ya istinadən xəbər verir ki, xilasedicilər 222 saat dağıntılar altında qalan 42 yaşlı Məryəm İmamoğlunu xilas ediblər.
Dağıntılar altından çıxarıldıqdan sonra Məryəmə ilkin tibbi yardım göstərilib, daha sonra helikopterlə Adanadakı xəstəxanaya aparılıb.
Xilsedicilər qadını dağıntılar altından çıxardıqdan sonra əvvəlcə onun su istədiyini zənn ediblər. Daha sonra başa düşüblər o, qızını soruşur və adını dayanmadan təkrarlayır.
Məryəm İmamoğlu xilas edildikdən sonra mətbuata açıqlama verən Nilgün Kalay bacısının öz qızı ilə bağlı sualına cavab verə bilmədiklərini deyib: "Ümidimiz kəsiləndə inanılmaz bir hadisə baş verdi. Yaradana şükürlər olsun. Onunla danışdıq. O, qızını soruşurdu. Hamı onun su istədiyini zənn edirdi. Amma o, "Sılam, Sılam necədir?", - deyə soruşub".
Oxşar xəbərlər
Türkiyədə daha bir möcüzəvi xilas: 212 saat sonra dağıntılar altından sağ çıxarıldı - VİDEO
Türkiyənin daha bir bölgəsində möcüzəvi xilas reallaşıb. BAKU.WS İHA-ya istinadən xəbər verir ki, Adıyamanda 77 yaşlı Fatma Güngörü yaşayış binasının dağıntıla...