II Elizabetlə vida mərasimində qalmaqal: Şahzadə təhqir olundu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Şotlandiyanın paytaxtı Edinburqda kraliça II Elizabetlə vida mərasimi keçirilir. Onun tabutu şəhərin küçələri ilə Müqəddəs Egidiya Katedralına aparılıb. Monarx üçün dini ayın məhz burada keçiriləcək.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, yol boyu kraliçanın cənazəsini Elizabetin övladları müşayiət edib. Onların arasında bədnam şahzadə Endryu da olub. O, bir müddət öncə zorlamada ittiham olunub. Bu söz-söhbətlərdən sonra şahzadə bəzi titullardan məhrum edilib.
Vida yürüşü zamanı izdihamın arasındakı bir gənc Endryunu təhqir edib: “Sən xəstə qocasan!”, - deyə o qışqırıb.
Nəticədə polis oğlanın qollarını buraraq ərazidən uzaqlaşdırıb.
Məlumata görə, kraliçanın cəsədi olan tabut artıq Müqəddəs Eqidiya Katedralına gətirilib. O, növbəti 24 saat ərzində məbəddə qalacaq. Hər kəs kraliça ilə vidalaşa biləcək.
Oxşar xəbərlər
14 dövlətin kraliçası II Elizabet müharibədə də iştirak edibmiş... - Ülyahəzrət haqqında maraqlı faktlar
Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet 96 yaşında vəfat edib. BAKU.WS xəbər verir ki, Elizabet Aleksandra Mariya Vindzor Böyük...