II Elizabetin səhhəti pisləşdi: Taxtın varisi Şotlandiyaya yollandı
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya Kraliçası 96 yaşlı II Elizabetin səhhətində problem yaranıb. Həkimlər onun vəziyyətindən narahatdırlar.
BAKU.WS xəbər verir ki, bununla bağlı Bukingem sarayı rəsmi açıqlama verib.
Bildirilir ki, həkimlər kraliçanın səhhətindən narahatlıq duyub onu nəzarət altında saxlamaq qərarına gəliblər.
Daha sonra, səhiyyə işçiləri Elizabetin yaxın ailə üzvlərini Balmorala çağırıblar. Şahzadə Anna, şahzadə Endryu və şahzadə Edvardın artıq burada olduğu qeyd edilir.
Qeyd edək ki, kraliçanın səhhəti pisləşdikdən sonra BBC kanalı bu axşam saat 6-ya qədər bütün yayımı dayandırıb. Belə ki, kanal sadəcə II Elizabetin vəziyyəti ilə bağlı son məlumatları verəcək.
Oxşar xəbərlər
II Elizabet vəzifələrinin bir hissəsini bu şəxsə həvalə etdi
Böyük Britaniya kraliçası II Elizabet dövlət başçısı kimi vəzifələrinin bir hissəsini taxtın varisi, Uels şahzadəsi Çarlza verib. BAKU.WS "Oxu.az"a istinadən xə...