Yaşıl Teatr və Bakı Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
10
iyn
2026
21:14
"Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı BŞİH-dən alınıb, Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
BAKU.WS xəbər verir ki, bu, Prezident İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksinin və Bakı Şəhər Bələdiyyə Teatrının bütün əmlakı ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsini təmin etməlidir.
Oxşar xəbərlər
Adil Kərimli Xalq yazıçısı Anarla ədəbi prosesin inkişafını müzakirə edib
Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarla görüşüb. BAKU.WS xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi...