Xalq artisti Şahnaz Haşımovanın səhhəti ilə bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“Artıq yavaş-yavaş səhhətim yaxşılaşır”.
BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında bir neçə gün öncə səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilən Xalq artisti Şahnaz Haşımova deyib.
Xalq artisti səhhəti üçün narahatlıq keçirən hər kəsə minnətdar olduğunu deyib:
“İnanıram ki, tezliklə ayağa qalxacağam”.
Xatırladaq ki, Xalq artisti Şahnaz Haşımova səhhətində yaranan problemlə əlaqədar Gəncə Şəhər Xəstəxanasına yerləşdirilmişdi. O, daha sonra Gəncədə müalicə aldığı xəstəxanadan Bakıya - Mərkəzi Gömrük Hospitalına gətirilib və hazırda orada müalicəsi davam etdirilir.
Oxşar xəbərlər
Həkimlərin əməliyyat masasında qoyub qaçdığı Nəzakət Məmmədova: Əri onu hər gün döyürdü - FOTO
Əməkdar artist Nəzakət Məmmədova haqqında bəzi bilinməyən faktlar ortaya çıxıb. BAKU.WS Kulis.az-a istinadən sözügedən faktları təqdim edir. Nəzakət Məmmədova...