Xalq artisti qəzəbləndi: “Müğənnilər özlərini tamaşaçılara pafosla təqdim edirlər” - VİDEO

Xalq artisti qəzəbləndi: “Müğənnilər özlərini tamaşaçılara pafosla təqdim edirlər” - VİDEO
Video
Mədəniyyət 406

“Özümü xoşbəxt hiss edirəm ki, iki tələbəmdən biri Rusiyanın “Qolos”, digəri isə “O səs Türkiyə” layihəsinin qalibi olub. Bu barədə heç zaman çıxıb efirdə danışmamışam. Bəzən sadəlik insana çətinliklər yaradır. Sadə olub, heç bir şey demirsən, susursan, elə düşünürlər ki, fəaliyyətsizsən. Amma heç bir şey etməyən bəzi müğənnilər özlərini o qədər pafosla təqdim edir ki, onlara “sənətkar” deyirlər. Hətta şişirdib “böyük sənətkar” deyirlər”.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “Xəzər” televiziyasında yayımlanan “Anamın yeməyindən yoxdur” proqramında qonaq olarkən deyib.

Sənətçi həmkarlarının mənəm-mənəmlik iddialarını burunlarından gətirib:

“Ən böyük sənətkar susmalıdır, tamaşaçılar danışmalıdır. Bəzən o qədər çox danışıb, elə sahələrə gedib çıxırlar ki... Mən isə bunlara baxıb susuram”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər