Göygöldə V Milli Yaylaq Festivalı başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Göygöl rayonunda V Milli Yaylaq Festivalı başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Göygöl rayonu Yeni Zod kəndinin ərazisində yerləşən "Xan Yurdu" entoqəsəbəsində ənənə halını almış sayca beşinci olan Milli Yaylaq Festivalına start verilib.
Festival Göygöl Rayon İcra Hakimiyyəti, eləcə də Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Dünya Etnoidman Konfederasiyası və digər tərəfdaş qurumların dəstəyi ilə "Cavad Xan" Tarix və Mədəniyyət Fondu və "KAP.AZ" MMC-nin birgə təşəbbüsü ilə keçirilir.
"Xan Yurdu" entoqəsəbəsindəki "Xan Çadırı"nda xalçaçılıq sənəti sərgisi, "Sənətkarlıq guşəsi", milli idman növləri (oxatma, atçılıq, zorxana və s.), etnospor-oxatma məşqləri, uşaqlar üçün guşə, konsert proqramı, aşıq musiqisi, folklor, tamaşalar, yorğa atların sərgisi, kəndirbazların və alovpüskürənlərin nümayişi, "Yaylaq süfrəsi" və digər tematik sahələr təşkil olunub.
Artıq festivalın ilk günündən etibarən, "Xan yurdu" qəsəbəsinə turist axını müşahidə edilir.
Qeyd edək ki, festivalın rəsmi açılış mərasimi sabah olacaq.
Qalereya
Oxşar xəbərlər
Görkəmli bəstəkar Asəf Zeynallının vəfatından 94 il ötür
Bu gün Azərbaycanın görkəmli bəstəkarı Asəf Zeynallının anım günüdür. Ömrünü musiqiyə həsr edən bəstəkarın vəfatından 94 il ötür. Asəf Zeynalabdin oğlu Zeynallı...