Səfəvi əsgərlərinin uyuduğu məzarlıq - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
XVI əsrə aid Baba Samid məqbərəsi Sabirabadın Şıxlar kəndində yerləşir.
BAKU.TV xəbər verir ki, türbənin üzərinə Qurani-Kərimdən surələr həkk olunub.
Baba Samid türbəsi bəktaşiliyin Azərbaycanda əsas məkanlarındandır. Bəktaşi hərəkatı Azərbaycanda 16-cı əsrdə yayılıb. Tarixçi Fariz Xəlillinin sözlərinə görə, Baba Samid Hacı Bektaş Vəlinin nəslindən olub. Sufi şeyxi olan Hacı Bektaş Vəli Orta Asiyadan Türkiyəyə, Anadoluya gedib və orada fəaliyyət göstərib.
Tarixçinin sözlərinə görə, Baba Samid türbəsində həmçinin Şirvanşah ailəsinin mənsubları da dəfn olunub. Abidə ərazisində səfəvi əsgərlərinin məzarları da yerləşir.
Ətraflı BAKU.TV-nin süjetini təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...