Samirə Əfəndinin Avroviziya paylaşımı: "Biz artıq qalibik" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Kimin qalib gələcəyinin əhəmiyyəti yoxdur. Biz artıq qalibik”.
BAKU.WS xəbər verir ki, bu sözləri “Avroviziya-2021” müsabiqəsində Azərbaycanı təmsil edən müğənni Samirə Əfəndi instaqram hesabında yazıb.
Samirənin paylaşdığı fotoda ona daha əvvəl sevgi etirafı edən Norveç təmsilçisi Andreas Haukeland - TIX yer alıb.
Xatırladaq ki, Niderlandın Rotterdam şəhərində "Ahoy" arenasında keçirilən “Avroviziya-2021” mahnı müsabiqəsinin qalibi məlum olub.
İtaliya müsabiqədə birinci yerə çıxıb. Azərbaycan təmsilçisi Samirə Əfəndi “Open Up” (“Açıl”) şüarı altında təşkil olunan builki yarışmanın finalında 21-ci sırada çıxış edib.
Ən çox – 524 xal toplayan İtaliya “Avroviziya-2021”in qalibi olub. İkinci yeri Fransa təmsilçisi tutub – 499 xal. İlk üçlüyü isə 432 xalla İsveçrə qapayıb.
Azərbaycan təmsilçisi Samirə Əfəndi isə 65 xal toplayaraq 20-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
“Eurovision-2021”in ən çox baxılanları - Azərbaycan da irəlidədir - VİDEO
Xəbər verdiyimiz kimi, ötən gün Niderlandın Rotterdam şəhərində 65-ci Avroviziya Mahnı müsabiqəsinin ilk yarımfinalı keçirilib. BAKU.WS xəbər verir ki, ölkəmizi...