Samir Şirinov Maksim Fadeevin müsabiqəsində ən yaxşılar sırasına düşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur rusiyalı prodüser və müğənni Maksim Fadeev "İdi na moy golos" adlı mahnısına remiks müsabiqəsi elan edib. Yarışmaya ümumilikdə 478 iş təqdim olunub. Fadeev isə onların arasından 12 ən yaxşı remiksi seçib.
BAKU.WS xəbər verir ki, seçilmiş remikslərdən ikisi artıq tam hazırdır və yaxın günlərdə rəsmi buraxılışa çıxacaq. Digərləri ilə bağlı müəlliflərlə əlavə işlər görülür.
Ən önəmli məqam odur ki, bu siyahıya azərbaycanlı pianoçu, bəstəkar və prodüser Samir Şirinov da daxil olub. Onun işi hazırda Fadeevin planlaşdırdığı EP albomuna salınmaq üçün nəzərdən keçirilir.
Samir Şirinov həmçinin Azərbaycanın tanınmış sənətçisi Zamiq Hüseynovun rəhbərlik etdiyi ZH musiqi qrupunun prodüseri kimi də tanınır.
Fotoda Samir Şirinov
Oxşar xəbərlər
Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel müzakirəsi keçirilib
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanlar...