Röya ÜST-ün tövsiyəsinə uyğun olaraq solo konsertinin vaxtını dəyişib
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Röya Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınmasına yönəlik profilaktik tədbirlərə uyğun olaraq 6,7, 8 və 9 mart tarixlərində Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan «Nazlı» adlı solo konsertinin tarixini dəyişdirib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Xalq artisti nəzərdə tutulan 4 günlük solo konsertin hər birində 3000-dən çox tamaşaçının iştirak edəcəyini nəzərə alaraq Azərbaycanda və bütün dünyada aparılan profilaktik tədbirlərə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı tövsiyəyə uyğun olaraq bu qərarı verib:
“Bu tipli kütləvi tədbirlərdə belə virusun yayılma təhlükəsini nəzərə aldıq. Bizim üçün insanlarımızın, sevimli tamaşaçılarımızın səhhəti ilə bağlı məsələlər vacib olduğu üçün həyata keçirilən profilaktik tədbirlərə dəstək göstərmək qərarını verdik”.
Oxşar xəbərlər
“Azərxalça” ASC-nin Kürdəmir filialı istifadəyə verilib - FOTO (YENİLƏNİB)
Fevralın 12-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialı istifadəyə verilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əl...