"Qorxunc bir istedaddır" - Murad Boz Sevda Ələkbərzadənin heyranı imiş - VİDEO

Qorxunc bir istedaddır - Murad Boz Sevda Ələkbərzadənin heyranı imiş - VİDEO
Video
Mədəniyyət 1087
Ötən gün “O səs Türkiyə” yarışmasında Ayşənur Gül adlı iştirakçı Azərbaycanın Əməkdar artisti Sevda Ələkbərzadənin repertuarından “Elə demə” mahnısı ilə münsifləri heyran edib.BAKU.WS xəbər verir ki, iştirakçının ifası o dərəcədə bəyənilib ki, münsiflərin dördü də ona tərəf dönüb.Ayşəgül təqdim etdiyi mahnı barədə məlumat verərkən Azərbaycanın xalq mahnısı olduğunu, Ələkbərzadə tərəfindən “etno-caz cover” şəklində oxunduğunu bildirib.Murad Boz Ayşənurun sözünü kəsərək “Sevda Ələkbərzadə çox ciddi və müdhiş bir səsdir. Türkiyədə bilməyənlər vardır, Azərbaycanın, məncə dünya standartlarında qorxunc bir istedaddır".Seda Sayan onun fikirlərini bu sözlərlə tamamlayıb: “Qorxunc bir qırtlaqdır”.Boz daha sonra Sevda Ələkbərzadənin heyranı olduğunu deyib: “Onun xəstəsiyəm. Çünki qadın sadəcə səsiylə insana bambaşqa bir duyğu yaşadır”.Aysel

Son xəbərlər