Qalmaqallı “Şuşa” komandasının Rusiyadakı oyunu TƏXİRƏ SALINDI

Mart ayında keçirilməsi nəzərdə tutulan “Şuşa” komandasının oyunu təxirə salınıb.
BAKU.WS "Lent.az"a istinadən xəbər verir ki, bunu “Şuşa” Şən və Hazırcavablar Klubunun (KVN) rəhbəri, ssenarist və prodüsser Müşfiq Abbasov bildirib. O qeyd edib, çempionat may ayında baş tutacaq:
“Məlum məsələlərə görə oyunumuz mart ayından may ayına keçirilib. Tək bizim tədbirimiz yox, Ruysiyada mart-aprel aylarında baş tutacaq bütün tədbirlər təxirə salınıb”.
Xatırladaq ki, yanvar ayında Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KVN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adının “Buta” ilə əvəzlənməsi geniş müzakirələrə səbəb olmuşdu.
Bu müzakirələrdən sonra Müşfiq Abbasov bildirmişdi ki, Maslyakov oyunu bəyənib:
“Görüşdə ad məsələsini ona bildirdim. Qeyd etdim ki, əgər adımız “Şuşa” olmasa, biz oyuna davam etməyəcəyik. Mart ayında Sankt-Peterburqda baş tutacaq 1/8 finalda “Şuşa” adı ilə oyuna çıxacağıq”
Oxşar xəbərlər
Həsən Turabovun qızı: “Ona dedim, atamı sən öldürmüsən” - MÜSAHİBƏ
Bu gün Xalq artisti Həsən Turabovun doğum günüdür. BAKU.WS xəbər verir ki, "kulis.az" bu münasibətlə “Atamın xatirəsi” layihəsində Həsən Turabovun qızı Sevinc...