Putin Azərbaycanın bu iki mədəniyyət xadimini mükafatlandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya prezidenti Vladimir Putin Azərbaycanın iki mədəniyyət xadimini mükafatlandırıb.
BAKU.WS "Unikal.org"a istinadən xəbər verir ki, bununla bağlı Putin müvafiq fərman imzalayıb.
Rusiya prezidentinin fərmanına əsasən, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev “Puşkin” medalı ilə, teatrın baş rejissoru Aleksandr Şarovski “Dostluq” ordeni ilə təltif olunub.
Onlar Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsinə və Azərbaycanda rus teatr sənəti ənənələrinin qorunub saxlanılmasına verdikləri töhfələrə görə mükafatlandırılıblar.
Oxşar xəbərlər
Həsən Həsənov vəfat etdi - FOTO
Azərbaycanın əməkdar mədəniyyət işçisi Həsən Həsənov vəfat edib. BAKU.WS "report"a istinadən xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 71 yaşında dünyasın...