Prezidentin mədəniyyət nazirinin müavini təyin etdiyi şəxs kimdir? - DOSYE
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Prezident İlham Əliyev Fərid Cəfərovu Azərbaycan mədəniyyət nazirinin müavini təyin edib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, Fərid Cəfərov 1982-ci il iyunun 6-da Mingəçevir şəhərində anadan olub.
O, 1999-cu ildə orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə (beynəlxalq hüquq ixtisası üzrə) daxil olub.
2003-cü ildə bakalavr təhsilini yekunlaşdırıb. 2005-2007-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində (“beynəlxalq hüquq” ixtisası üzrə) magistr pilləsi üzrə təhsil alıb.
2006-cı il oktyabr ayında Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin referenti vəzifəsinə təyin olunub.
2007-ci ildə Xarici İşlər Nazirliyinə işə qəbul ilə əlaqədar keçirilmiş test imtahanlarından müvəfəqiyyətlə keçərək, Azərbaycan Diplomatik Akademiyasında kurslarda iştirak edib.2008-ci ilin yanvar ayında XİN-in attaşesi, eyni ilin oktyabr ayında isə AR-in BMT yanında Daimi Nümayəndəliyinin (Nyu York şəhəri) attaşesi vəzifəsinə təyin olunub.
2014-cü ilin yanvar ayında Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin II katibi vəzifəsinə təyin olunub.
2014-cü ilin oktyabr ayında Heydər Əliyev Mərkəzinin Humanitar və sosial layihələr departamentinin aparıcı mütəxəssisi, 2016-cı ilin iyun ayında isə baş mütəxəssisi vəzifəsinə təyin olunub.
2017-ci ilin yanvar ayında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 13 mart-2018-ci il 3783 № li sərəncamı ilə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru təyin edilmişdir.
Oxşar xəbərlər
Azərbaycanda yüksək vəziyəfə təyinat
Mədəniyyət naziri Anar Kərimovun əmri ilə Həsənov Qalib Şamil oğlu Mədəniyyət Nazirliyinin Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib...