Ov tüfəngi, musiqi qutusu və heykəlciklər - Xalq şairi Rəsul Rzanın Bakıda yerləşən ev-muzeyi

Ov tüfəngi, musiqi qutusu və heykəlciklər - Xalq şairi Rəsul Rzanın Bakıda yerləşən ev-muzeyi
Foto
Mədəniyyət 29

Görkəmli ictimai xadim, tərcüməçi, dramaturq və Xalq şairi Rəsul Rzanın paytaxt Bakıdakı ev-muzeyi Azərbaycan Prezidenti İlham Əliyevin 23 iyun 2022-ci il tarixində imzaladığı Sərəncama müvafiq olaraq təşkil edilib.

BAKU.WS PhotoStock.az-a istinadən xəbər verir ki, mədəniyyət ocağının ekspozisiyası 2025-ci il mayın 31-də qonaqların ziyarəti üçün açıq elan olunub.

Rəsul Rza sözügedən mənzildə ömür-gün yoldaşı, Xalq şairi Nigar Rəfibəyli ilə birlikdə 1938-ci ildən 1981-ci ilə qədər ömür sürüb.

XIX yüzilliyə aid qədim binada yerləşən bu muzey dörd sərgi zalını özündə birləşdirir.

Burada ədibin şəxsi əşyaları, müxtəlif sənədləri, əlyazmaları, fotoşəkilləri, afişaları, həmçinin həyat və yaradıcılıq yolunu işıqlandıran digər dəyərli materiallar sərgilənir.

Hazırda muzey fondunda qorunan eksponatların ümumi sayı 5026 ədəd təşkil edir.

Son xəbərlər