Nazirlik direktor vəzifəsi üçün müsabiqə elan etdi
Mədəniyyət Nazirliyi region teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edib.
BAKU.WS xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, müsabiqə regionlarda fəaliyyət göstərən dövlət teatrlarında vakant olan direktor və direktor müavini vəzifələriin tutulması məqsədilə elan olunub.
Direktor vəzifəsi üzrə əmək funksiyalarına teatrın fəaliyyətini Azərbaycan qanunvericiliyinə uyğun təşkil etmək; yaradıcı və inzibati idarəetmənin həyata keçirilməsinə nəzarət etmək; teatrın strateji məqsədləri və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək; repertuar siyasətini formalaşdırmaq; dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə və səmərəli istifadəsinə nəzarət etmək; dövlət qurumları, yerli və beynəlxalq təşkilatlar, digər tərəfdaşlarla əməkdaşlıq qurmaq və teatrı təmsil etmək; tamaşaçı auditoriyasının genişləndirilməsi, marketinq və kommunikasiya strategiyalarının tətbiqini təmin etmək; əməyin mühafizəsi, təhlükəsizlik və etik davranış qaydalarına riayət olunmasına nəzarət etmək daxildir. Direktor müavini vəzifəsi üzrə isə əmək funksiyaları yaradıcı və inzibati idarəetməni həyata keçirilməsini təmin etmək; strateji inkişaf planının hazırlanmasını və icrasını təmin etmək; yerli və beynəlxalq layihələrin, təşəbbüslərin hazırlanmasını və icrasını təşkil etmək; teatrın fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı təkliflər hazırlamaq; direktorun digər tapşırıqlarını icra etmək olacaq.
Oxşar xəbərlər
"Tağıyev" kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub
Bakı Media Mərkəzinin istehsalı olan "Tağıyev" bədii filmini ölkə kinoteatrlarında bu günədək 200 mindən çox kinosevər izləyib. BAKU.WS xəbər verir ki, bədii fi...