“Mədəniyyət Ordusu” yaradıcılıq müsabiqəsi davam edir – FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “Mədəniyyət Ordusu” yaradıcılıq müsabiqəsi davam edir.
BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yaradıcılıq müsabiqəsinin “Tamaşaçı rəğbəti” mərhələsində komandalar təmsil etdikləri ölkələrin xalq musiqilərini və rəqslərini təqdim ediblər.
Müsabiqə yerli televiziya kanalları və Rusiya Federasiyası müdafiə nazirliyinin rəsmi yutub kanalı vasitəsilə yayımlanıb.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının kollektivinin təqdim etdikləri peşəkar ifa və rəqsin xoreoqrafik mürəkkəbliyi, zərifliyi və dəqiqliyi izləyicilərin diqqətini cəlb edərək, xoş təəssüratlar bağışlayıb.
Komanda üzvlərinin birgə gərgin əməyi sayəsində hazırlanan repertuar iştirakçı komandaların nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
“Mədəniyyət Ordusu” yaradıcılıq müsabiqəsinin “Tamaşaçı rəğbəti” mərhələsinin qalibi https://golosovanie-ac.mil.ru rəsmi internet səhifəsində tamaşaçıların səsverməsi əsasında müəyyənləşəcək.
Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd iştirak edən ölkələr arasında qarşılıqlı mədəniyyəti, incəsənəti və musiqi ənənələrini tanıtmaqdır.
Qalereya
Oxşar xəbərlər
“O yaşda insan dədəsini tanımır, Tacir deyir “Bayatı-Şiraz”ı mən yaratmışam” – FOTO/VİDEO
“Tacir Şahmalıoğlu deyir ki, “Bayatı-Şiraz”ı mən yaratmışam. O yaşda insan dədəsini, nənəsini tanımır, “Bayatı-Şiraz”ı necə yarada bilərsən? Oxumusan, çox sağ o...